Srebrenitsa qətliamı: Soyqırımı qurbanlarından daha 33-ü dəfn ediləcək 

Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsa və ətrafında 1995-ci ilin iyul ayında baş verən, 8 mindən çox bosniyalının vəhşicəsinə qətlə yetirildiyi soyqırımında ölən daha 33 qurban dəfn ediləcək.
Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, kimlik testləri tamamlanan qurbanların cənazələri Visoko şəhərindədir. Üstündə soyqırımı qurbanlarının adları yazılan tabutlar iyulun 9-da Visokodan Srebrenitsaya göndəriləcək. Qurbanlar iyulun 11-də xüsusi mərasim keçirildikdən sonra toprağa tapşırılacaq.
Visoko şəhər məzarlığının müdiri Kənan Karavdiç, “Anadolu” Agentliyinin müxbirinə deyib ki, qurbanların cənazə məsələləri həll edilib. Onun sözlərinə görə, 2003-cü ildən bu yanadır ki, soyqırımı qurbanlarının tapılması məsələləri ilə məşğul olurlar: 
“Dəfn edilən qurbanların sayı hər il azalır. Zaman keçdikcə qurbanların basdırıldığı toplu məzarlıqları tapmaq çətinləşir. Kimliyi müəyyənləşən onlarla soyqırımı qurbanının olduğunu deyən Karavdiç, bəzi qurbanların yaxınlarının, cəsətlərin tam olmaması səbəbindən dəfnə icazə vermədiklərini söyləyib. 
Bu arada, iyulun 11-də dəfn ediləcək 33 qurbandan ən kiçiyinin 16 yaşında qətlə yetirilən və sümükləri fərqli toplu məzarlıqlarda tapılan Osman Cvirk, ən yaşlısının isə 82 yaşında öldürülən Saha Cvirk olduğu bildirilib. 

Qeyd edək ki, Srebrenitsanın 11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığındakı Serb birlikləri tərəfindən işğal edilməsindən sonra BMT tərkibində olan hollandiyalı əskərlərə sığınan sivil bosniyalılar, serblərə təslim edilib. Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə getməsinə icazə verən serblər, ən az 8 min 372 nəfər bosniyalı kişiləri meşəliklərdə və fabrikalarda, depolarda qətlə yetirib. Öldürülən bosniyalılar toplu məzarlıqlarda basdırılıblar. Müharibədən sonra itkinləri tapmaq üçün hərəkətə keçilib. Toplu məzarlarda cəsədləri tapılan qurbanlar kimlik testlərindən sonra hər il iyulun 11-də Potoçari Xatirə Məzarlığında keçirilən xüsusi mərasimdən sonra dəfn edilirlər. Bu il 33 soyqırımı qurbanının dəfn ediləcəyi məzarlıqda indiyə qədər 6 min 610 qurban torpağa tapşırılıb. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu