Boltonun İrəvan səfərindən sonra Paşinyanı bəyanat verməyə məcbur edən AMİL - İLGİNC FAKT 

İyulun 2-də İran prezidenti Həsən Ruhani ilə Ermənistanın baş nazirinin müavini Mer Qriqoriyan arasında görüş baş tutub.
« Sherg.az» « armenews.com»a istinadən xəbər verir ki, görüş çərçivəsində onlar bu ölkələr arasındakı əlaqələrin dərinləşməsi məsələsini müzakirə ediblər. 
H. Ruhani qeyd edib ki, İranla Ermənistan arasında enerji və nəqliyyat sahələri ilə bağlı müəyyən layihələr planlaşdırıla bilər :
« Ümumən iran və erməni xalqı bir- birinə yaxın və səmimi xalqlardır. Bu xalqlar arasında həm tarixi, həm də mədəni əlaqələr mövcuddur. Eyni zamanda qonşu ölkələrik, amma əməkdaşlığımız çox dar çərçivəni əhatə edir». 
Bundan başqa H.Ruhani qeyd edib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən o Emənistanla əməkdaşlığını intensivləşdirməyə çalışacaq:
 «İnanıram ki, Vaşinqtonun bizə qarşı başlatdığı bu mübarizədən biz qalıb çıxacağıq. Bu ədalətsiz konfrantasiya İranın xeyrinə başa çatacaq. Mənim buna şübhəm yoxdur». 
Həmçinin yazıda qeyd olunur ki, bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan da H.Ruhani ilə görüşüb.
O görüşdə bəyan edib ki, İran-Ermənistan münasibətlərinə üçüncü bir ölkə müdaxilə edə bilməz. 

Müəllif onu da xüsusi diqqətə çatdırır ki, Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 2018-ci ilin oktyabrında İrəvana səfəri zamanı İran-Ermənistan münasibətlərini də müzakirə edib.
C.Bolton çox qətiyyətlə bəyan edib ki, Tehran–İrəvan münasibətləri belə davam edərsə, onların arasındakı sərhəddə çox böyük bir problem olacaq. Bunun ardınca N.Paşinyan bəyanatla çıxış edərək söyləyib ki, Ermənistan İranla spesifik əlaqələrini davam etdirəcək. Eyni zamanda müəllif onu da etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlanıb.Bu səbəbdən İranın cəmi bir ölkə - İranla ticari əlaqə qurmaq şansı var. Hazırda Emənistan təbii qaz və dizel yanacağını İrandan alır. 
Yazıda o da əlavə olunur ki, M.Qriqoryan H.Ruhani ilə görüşdən sonra İranın enerji naziri Rza Ərdakanyanla görüşüb.
Onlar iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. M.Qriqoryanın açıqlamasına görə, bir neçə sahədə qarşılıqlı əlaqələrin qurulmasına dair razılıq əldə olunub. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu