Deputatlarımız bu MEDALLA təltif edildi


Azərbaycan Milli Məclisinin deputatları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı" ilə təltif olunublar.

Bu barədə APA -ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 27 may tarixli sərəncamı ilə Milli Məclisin deputatlarının hər biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı" ilə təltif edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu