Ermənistanda «məxməri inqilab»dan sonra sosial sorğu: vəziyyət ağırlaşıb


Ermənistanda 2108-ci ildə baş qaldıran və cinayətkar Serj Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnən «məxməri inqilab»dan sonra  əhalinin sosial vəziyyəti daha da ağırlaşıb
« Sherg.az» « Armenews.com» saytına istinadən xəbər verir ki, Ermənistanın « Mamul.am » saytı «Nikol Paşinyanın hakimiyyəti dönəmində sosial vəziyyət yaxşılaşıbmı ?" sualı ilə 4 min  erməni vətəndaşı arasında, Ermənistan küçələrində sorğu keçirib. Bu sorğuda iştirak edənlər həmin küçələrdən keçən insanlar olub. Onların 45 faizi vəziyyətin yaxşılaşmadığını deyib. 29 faiz sosial-iqtisadi durumlarının daha da çətinləşdiyini söyləyib. Çox az sayda iştirakı isə vəziyyətlərinin yaxşı olduğunu bildirib. Bu isə o deməkdir ki, ölkədə Paşinyan hakimiyyəti özünü doğrultmur. Baş nazir əhaliyə verdiyi vədlərə əməl etmir. Əhalinin sosial–iqtisadi durumu getdikcə mürəkkəbləşir. Gözləntilərinin doğrulmadığını görən emənilər Paşinyan hakimiyyətinə olan narazılıqlarını açıq şəkildə dilə gətirirlər


Paylaş
Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu