Yaşayan tarix: 3 padşah, 12 dövlət başçısı görüb


 Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa qəsəbəsində yaşayan 119 yaşlı qadın yeni yaşının sevincini yaşayıb. 3 padşah və 12 dövlət başçısı dövrünə şahidlik edən Fatma Bingölün ad gününü Mustafakamalpaşa bələdiyyə sədri Mehmet Kanarın sürpriz ziyarət ilə qeyd edib. 119 yaşlı qarı, bələdiyyə başçısının ona çiçək və hədiyyələr gətirməsini görüb duyğulanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Selanikdə Osmanlı padşahı 2-ci Əbdülhəmidin dövründə, 1900-cü ildə dünyaya gələn Bingöl, uşaq yaşlarında ailəsiylə Karacabey qəsəbəsinə köçüb. Daha sonra Mustafakamalpaşa qəsəbəsinin Kumkadı məhəlləsinə gəlin köçən Bingöl, burada 6 uşaq və 17 nəvə sahibi olub. Uşaqlarından dördünü itirib. Həyat yoldaşı 20 il əvvəl vəfat edən Bingöl, 80 yaşlı qızıyla həyatına davam edir. Məhəlləni ziyarətə gələnlər, ən böyük nəvəsi 61 yaşında olan, 2-ci Əbdulhəmid, 5-ci Mehmed Rəşad və son padşah Memed Vahdeddinlə Mustafa Kamal Atatürkdən Rəcəb Tayyib Ərdoğana qədərki 12 dövlət başçısının hakimiyyətinə şahidlik edən nənəni görmədən, əlini öpmədən getmir. Bir əsrdən şox yaşayan nənəylə ən kiçik nəvəsi arasında 113 yaşı fərq var. Əlində çiçəklə onu ziyarətə gələn bələdiyyə başçısını görən yaşlı qadın olduqca xoşbəxt idi. Tarixə şahidlik etmiş Fatma nənənin ad gününü qeyd etdiklərini ifadə edən Mustafakamalpaşa bələdiyyə başçısı Məmməd Kanar, "Mahalımızın 131 məhəlləsindən olan Kumkadı məhəlləsində yaşayan Fatma nənəmizin 119 yaşını qeyd etməyə gəldik. Burada nəvənin nəvəsinin nəvələri var. Nənəmiz mahalımızın ən yetkin adamıdı, dualarını almağa gəldik" deyib. 119 yaşına girən Fatma Bingöl, "Çox şükür yaxşıyıq. Çiçəkləri çox bəyəndim. Məni ziyarət edən hər kəsdən Allah razı olsun. Hamısı məni ziyarət edib, hədiyyələr gətirir" deyə sevincini bölüşür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu