“Onların siyasətə qayıdışı Ərdoğan üçün böyük problemlər yaradacaq”


“Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlu Türkiyə siyasətində sözlərini demiş adamlardır”.
Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Ekspertin fikrincə, onların siyasətə qayıdışı Ərdoğan üçün böyük problemlər yaradacaq
“İlk bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə yanaşı ölkədəki sosial-iqtisadi problemlər AKP hakimiyyətinin nüfuzunu ciddi şəkildə sarsıb. Növbəti prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini istisna etmirəm.
Bu məğlubiyyətdə adı çəkilən üç şəxsin təsiri böyük olacaq. Lakin məğlubiyyət onların qarşısında deyil, CHP-nin qarşısında olacaq.
Qarşıdakı prezident seçkilərində Əkrəm İmamoğlunun namizəd olacağını və qalib gələcəyini düşünürəm.
Bütün bu proseslərin gedişatında İmamoğlunun yerinə yetirməli olduğu yeganə vəzifə İstanbul bələdiyyə başqanı kimi şəhərin bütün problemlərini həll etməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu