"Bizsiz Avropanın tarixini yazmaq mümkün deyil" – Türkiyənin Bakıdakı səfiri 


 "Türkiyə bir neçə yüzilliklər ərzində Avropanın bir hissəsi olub. Türkiyə olmadan Avropanın tarixini yazmaq mümkün deyil". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADA Universitetində Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışı zamanı bildirib.

"Türkiyə özü daima Avropa Xarici siyasətinin bir parçası olub. Biz, demək olar ki, Avropanın bütün institutlarının üzvüyük. Biz, həmçinin Avropa İttifaqının da üzvü olmaq istəyirik. Biz bu quruma üzv olmaq üçün namizədik. Bu danışıqlar uzun müddətdir ki, davam edir. Şübhəsiz, öz coğrafi mövqeyinə görə Türkiyə sözün bütün mənalarında Avropanın təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Türkiyəsiz Avropanı qoruya bilməzsiniz. Türkiyəsiz siz özünüzü Avropada təhlükəsizlikdə hiss edə bilməzsiniz", - deyə səfir qeyd edib.

Diplomat vurğulayıb ki, Türkiyə bu gün Suriyadan gələn 3.5 milyondan çox qaçqına ev sahibliyi edir: "Bu, bir növ Avropa üçün bufer zona rolunu oynayır. Bu miqrantlarla bağlı bizim Avropa İttifaqı ilə razılaşmamız və razılaşma üzrə öhdəliklərimiz var. Əgər biz bu qaçqınlara ev sahibliyi etməsək, onda Avropa ölkələri üçün təhlükəsizlik riskləri mövcud olacaq. Biz 3,5 milyon suriyalı qaçqından və eyni həcmdə olan iranlı, əfqan və iraqlı qaçqınlardan danışırıq".

Xatırladaq ki, ötən ilin yayında Avropa İttifaqı miqrant axınını dayandırmaq üçün Türkiyəyə suriyalı qaçqınlarla bağlı 3 milyard avroluq maliyyə dəstəyinin verilməsi haqqında qərar qəbul edib.
Bu qərar ötən ilin iyunun 28-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində qəbul olunub.
Bildirilib ki, məlumat iyunun 29-da səhər saatlarında beynəlxalq agentliklər tərəfindən yayılıb.
Avropa İttifaqı 3 ilə yaxındır, bu maliyyə vəsaitinin Türkiyəyə verilməsi ilə bağlı tərəddüd edir. Türkiyəyə Suriya və İraqdan 3,5 milyondan çox qaçqın sığınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadan olan qaçqınlara 30 milyard dollardan çox maliyyə vəsaiti xərclədiklərini bildirib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu