İran uranın yüksək səviyyədə zənginləşdirilməsinə başlayır

İran uranın nüvə razılaşmasında nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayır. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi  məlumata görə, bunu İran Xarici işlər nazirinin müavini Abbas Arakçı bəyan edib.

A. Arakçı deyib ki, uranın zənginləşdirilməsində 3,67 faiz səviyyəsini keçməyə hazırlaşırlar.  

İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi isə uranın zənginləşdirilməsinə sabahdan başlaya biləcəklərini söyləyib.

Qeyd edək ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın  İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu