Toydan gənci qaçırdılar: 18 yaşlı qız qarğıdalı tarlasında yaralı halda tapıldı

Türkiyənin Adana rayonunda qohumunun toyunda kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən qaçırılan gənç qızı, polis əməkdaşları qarığdalı tarlasında tapdı

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, Adananın Seyhan qəsəbəsində, qohumunun toy mərasiminə gələn 18 yaşındakı R.T naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilə mindirilərək qaçırılıb. 

Yaxınları R.T-nın qaçırıldığını bilən zaman polisə məlumat veriblər. Polis əməkdaşları qızın qaçırıla biləcəyi yerlərdə axtarışa başlayıb.  Axtarışlar davam edərkən, polislər Gölbaşı məhəlləsindəki qarğıdalı tarlasından qadın səsi eşidiblər. Qadın qışqıraraq kömək istəyirmiş. Hadisə yerinə çatan əsayiş keşikçiləri R.T-ni paltarı cırılmış şəkildə, yaralı halda tapıblar. Təcili yardım həkimlərinin ilk müdaxiləsindən sonra gənc qız xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırma aparır. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu