ABŞ qoşunu Suriyadan çıxarır, Almaniyanı dəvət edir

ABŞ Almaniyanı Suriyaya qoşun göndərməyə çağırıb.

Bunu Welt nəşrinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib. Bildirilir ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsi zərurətidir. Ceffri ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə

ümid bəslədiyini vurğulayıb. O həmin bölgədə beynəlxalq mövcudluğun vacibliyini önə çəkib və Türkiyə ilə təhlükəsizlik zonasının yaradılması haqqında danışıqların aparıldığını bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu