Klintseviç: "Bu, regionda partlayış yaradacaq"

Nüvə sazişi məsələsini tənzimləmək əvəzinə ABŞ İrana qarşı aqresiv fəaliyyətlər icra edə bilər və bu da Yaxın Şərqdə partlayışa səbəb olar.

Axar.az xəbər verir bu sözləri rusiyalı senator Frants Klintseviç deyib.

“ABŞ-ın sazişdən çıxmasından sonra tamamilə gözlənilən qərar idi. Bəllidir ki, kimlərinsə xoşuna gəlməyəcək, ancaq İran hər şeydən əvvəl öz təhlükəsizliyinin qeydinə qalır”, - Klintseviç bildirib.

Senator həmçinin ABŞ Prezidenti Donald Trampın səlahiyyət dövrünün dünyada strateji sabitliyin pozulması dövrü kimi tarixə düşəcəyini qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu