Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi


"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib.

Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!".

Bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram”dakı hesabında qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu