Dünyanın ən bahalı boşanması gerçəkləşdi38 milyard dollarlıq razılaşma

“Amazon” şirkətinin qurucusu və “Washington Post” qəzetinin sahibi 55 yaşlı Ceff Bezos 49 yaşlı həyat yoldaşı Makenzie Tuttl ilə 38 milyard dollarlıq razılaşma ilə boşanıb

Sherg.az xarici mediaya istinadən bildirir ki, record boşanma qərarından sonra Makenzie Tuttl əvvəldən açıqlandığı kimi, “Amazon”un yüzdə 4-lük hissəsinin də sahibi olub.

Bununla da Makenzie Tuttl, “L’Oreal”ın varisi François Bettenkourt Meyers və ABŞ-ın süpermarket divi “Walmart”ın qurucusu Sam Valtonun qızı Alis Valtondan sonra dünyanın ən zəngin qadınları arasında 3-cü sırada qərarlaşıb. 

Ceff Bezos isə təxminən 150 milyard dollarlıq sərvəti ilə hələ də dünyanın ən zəngin şəxsi kimi birinciliyi qoruyur. 

Paylaş
Bizi Facebookda izləyin
menu
menu