PKK-nın böyük silah anbarı aşkar edildi

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük silah anbarı aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.

Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu