Amerikalı kinoulduz 20 yaşında öldü

Amerikalı aktyor Kemron Boys 20 yaşında dünyasını dəyişib.

Aktyorun vəfatı ilə bağlı ailəsi “ABC News” kanalına məlumat verib. Bildirilib ki, Boys yatıb və bir daha oyanmayıb.

Gənc aktyor uzun müddət idi ki, ağır xəstəliklə mübarizə aparırdı.

Qeyd edək ki, Kemron Boys 1999-cu ildə doğulub. O, “Güzgülər” və tanınmış aktyor Adam Sendlerlə birgə çəkildiyi “Sinif yoldaşları” filmləri ilə məşhurlaşıb.

Həmçinin “Disney” kanalında yayımlanan “Cessi və Varislər” ekran əsərlərində rol alıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu