Rusiyada 55 yaşlı azərbaycanlı itkin düşüb - FOTO



Rusiyanın Volqoqrad şəhərində 55 yaşlı azərbaycanlı itkin düşüb.

APA-nın “Volqoqrad bloknotu” (“Bloknotu Volqoqrada”) nəşrinə istinadən verdiyi məlumata görə, Zingirov Vaqif Qiyamət oğlu iyulun 5-də Krasnoarmeysk rayonunda itkin düşüb.

Vaqifin həyat yoldaşı Diana hadisə ilə bağlı polisə müraciət edib. Diana bildirib ki, Vaqif heç bir xəstəlikdən əziyyət çəkməyib, yeri barədə heç bir məlumat yoxdur. Boyu 184 sm olan V. Zingirov evdən çıxan zaman göy cins və qara zolaqlı ağ qısa qollu köynək olub. V. Zingirov evdən pasportla çıxıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu