Qardaşının 40 yaşlı xanımını qətlə yetirən şəxs intihar edib - YENİLƏNİB



Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib.

APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

***

Saat 21:15

Abşeron rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.
Hadisə nəticəsində A.Kazımova ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu