“Xan sarayı və Şəkinin tarixi hissəsinin Dünya İrs Siyahısına salınması növbəti uğurumuzdur”

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də dünya mədəniyyətinə, təhsil və elminə məsul olan YUNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bu əməkdaşlığın belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir.
Bunu “Sherg.az”a millət vəkili Rauf Əliyev Xan sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin YUNESKO-nun Dünya İrs Siyahısına salınmasına münasibət bildirərkən deyib. 


Parlamentarinin sözlərinə görə, buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib: 
“Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib. Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur. Azərbaycanla YUNESKO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də YUNESKO-nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına daxil edilib.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu