"YUNESKO-nun qəbul etdiyi hər bir irs onu ərsəyə gətirən xalqın qədimliyinin təsdiqidir”


“Şəkinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir”
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib. 
Analitik bildirib ki, bu qərar hər kəsi sevindirən bir uğurdur: 
“Qərarın mənəvi, siyasi və tarixi tərəfləri var. Mənəvi tərəfi odur ki, Ümumdünya İrs Siyahısına daxil olan bütün tarixi yerlər toxunulmaz, müqəddəs məkan statusuna sahib olur. Onu dəyişdirmək, dağıtmaq və ya yenidən qurmaq imkansız hala çevrilir. Toxunulmazlıq ən yüksək statusdur. Tarixi tərəfi isə odur ki, Azərbaycanın zənginliyi və qədimliyi dünyada daha üst səviyyələrdə etiraf olunur. YUNESKO tərəfindən qəbul edilən hər bir tarixi məkan, mədəni irs eyni zamanda onu ərsəyə gətirən xalqın da qədimliyinin təsdiqidir”. 


Deputat bildirib ki, qərar məzmun və mahiyyətcə yeni olsa da, əslində proses daha öncədən başlayıb
“Əldə edilən uğur 10 ildən çoxdur hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən aparılan, Azərbaycanın mədəni irsininin dünyada tanıdılması yolunda atılan ardıcıl siyasətin yekun nəticəsidir. Tariximizə belə bir baxışın formalaşması yolunda ciddi addımlar atılır. Ona görə mən də təbriklərə qoşuluram. Cənab Prezidentə və Mehriban xanıma minnətdarlığımı bildirirəm. Bütün millət bugün öz təşəkkkürünü ifadə edir”. 
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ müzakirə olunub. Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu