Trampın keçmiş kürəkəni «od püskürdü» : «Onlar bəşəriyyətə utancdırlar»


47 yaşlı italiyalı aktyor  Rossano Rübikondi ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla romantik bir həyat yaşayıb.

« Sherg.az» « publik.fr»ə istinadən xəbər verir ki, onlar 2008-ci ildə ailə qurublar, 2009-cu ildə isə ayrılıblar. Bu barədə aktyor «Page Six»ə açıqlamasında bildirib. O keçmiş həyat yoldaşı İ.Tramp, atası D.Tramp və qardaşı Erik Trampa qarşı  nifrətinin olduğunu dilə gətirib: 
«Onlar çox kobud idilər. Həmişə olduqca kobud danışırdılar və və mən bunu müsbət qiymətləndirmirdim. Bu adamları yalnız pul maraqlandırır. Onların ürəkləri yoxdur. Donal Tramp səfehdi. O bir təlxəkdi. Onlar heçnədirlər və bəşəriyyətə utancdırlar».
 Bununla yanaşı aktyor həyat yoldaşı İvanka Trampa az da olsa, hörmətinin qaldığını söyləyib.
İ.Tramp isə cavab olaraq bəyan edib ki, Rossano ilə heç bir əalqəsi yoxdur : 
O İtaliyada, mən isə çox vaxt Nyu-York, Mayami və Sen-Trope də yaşayıram. Bizim heç uzaqdan -uzağa da əlaqəmiz yoxdur. Onunla evli olanda yaxşı əylənmişik, dincəlmişik. Hazırda da dostuq.
Amma ayrılandan sonra görüşməmişik». 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu