“Virtual “Qarabağ təəssübşekləri” heç bir şəhid ailəsini ziyarət etməyiblər”


Azərbaycan siyasətindən başı çıxmayan, geosiyasi anlayışı olmayan, virtual aləmdə siyasi avantüra ilə məşğul olanlar bataqlıqda olduqlarının fərqində deyillər”.

Bunu “Sherg.az”a açıqlamasında AXCP sədrinin müavini, politoliq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, həmin şəxslərin məqsədi çirkin formada qaragüruh yaratmaqdır: 

“Ötən gün AXCP sədri Razi Nurullayev geosiyasi konteksdən yanaşaraq, Qarabağ münaqişəsini obyektiv təhlil edib. Partiya sədri ölkədə tam real şərtlərin inkişafa doğru həll edilməsindən sonra Qarabağın müharibə yolu ilə azad edilməsini bildirib. Bunu anlamayan və başqa tərəfə çəkməyə çalışanların analiz qabiliyyəti yoxdur. Razi Nurullayev ölkənin və dünya mərkəzlərinin tanıdığı siyasətçidir. O, həm partiya sədri, həm də regionda gedən prosesləri ciddi analiz edən siyasətçi kimi ərazilərin müharibə yolu ilə qaytarılmasının doğru yol olduğu qənaətindədir”. 

Analitikin sözlərinə görə, təkilat sədri nəinki Qarabağ, həm də Cənubi Azərbaycan məsələsini daim gündəmə gətirir

“O, partiyada “Qərbi Azərbaycan” şöbəsi yaradaraq, xalqın diqqətini tarixi torpaqlarımıza çəkir. Bizi tənqid edən virtual “Qarabağ təəssübşekləri” indiyə qədər heç bir şəhid ailəsini ziyarət etməyiblər. Yalnız mənfəətləri uğrunda boşboğazlıq edirlər və başqaları üzərindən gündəmdə qalmağa çalışırlar. Bu gün partiya sədri olaraq daima qaziləri və şəhid ailələrini ziyarət edən məhz Razi bəydir. Odur ki, qaragüruhlar gedib kənarda oynasalar daha yaxşı olar. Böyük siyasətlə böyüklər məşğul olur”. 

Partiya rəsmisi bəyan edib ki, R.Nurullayev daim müharibə yolu ilə Qarabağın azadlığını vurğulayıb: 

“Razi bəy müharibə ilə ərazilərimizin azadlığını dönə-dönə qeyd edib və zamanın itirildiyini vurğulayıb”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu