Şahbaz Quliyevin bacısı:“Deyirlər ki, azad olunacaqlar...”


"Şahbazın səhhətində  problemlər var”.

Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

Onun sözlərinə görə, qardaşından ötənlərdə məktub alıb:

"Son vaxtlarda Şahbazdan yalnız məktub almışıq. Qardaşım məktubda səhhətində problemlər olduğunu və həkimlərin verdiyi dərmanları qəbul etdiyini bildirir. Hələlik müalicəsini dayandırıb. Bir müddətdən sonra yenə əvvəlki miqdarda dərman qabul edəcək. Bildirdiklərimdən və ailəsi ilə bağlı suallarından başqa qardaşım yazdığı məktubda heç nə demir. Biz də narahatıq. Necə yerdə yaşadığını, necə münasibət gördüyünü öryənmək istəyirik. Amma hər zamankı kimi xəbərsiz qalırıq. Əvvəllər Beynəlxaq Qızıl Xaç Komitəsi(BQXK)  üç aydan bir qardaşımdan şəkil və ya video gətirəcəyini bildirirdi. Hətta mütəmadi olaraq görüntülü danışacağmızı da deyirdi.Amma bunların heç birinə əməl olunmur. Məktubda yazılanlardan başqa Şahbazdan heç bir xəbər tuta bilmirik. Həmçinin son zamanlar deyirlər ki, Şahbaz və Dilqəm azad olunacaq.
Təəsüf ki, hazırda vəziyyət əvəlki kimidir ” !.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər.

Həsən Həsənov isə güllələnərək öldürülüb.

2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu