İran razılaşmanın şərtlərini pozur : uranı zənginləşdirib 4,5 faizə çatdırır – nüvə mərkəzinə çevrilir ? 


Bu gün İran bəyan edib ki, bundan sonra uranı zəngiləşdirərək ən azı 4,5 faizə çatdıracaq
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə İranın « İsna» agentliyinə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvandi məlumat yayıb.  Xəbərdə deyilir ki, uranın 4,5 faizə qədər zənginləşdirilməsi İranla 2015-ci ildə nüvə silahına dair əldə olunmuş razılaşmanın prinsiplərinə ziddir.
Çünki, həmin razılaşmaya əsasən ən ali zənginləşmə 3,7 faizə qədər müəyyən edilib. Amma İran bunu 4,5 faizə çatdırıb ki, bu, onun nüvə mərkəzinə çevrilməsinə böyük təkan verəcək. 
Qeyd edək ki, ötən bazar İran məhkəmə sisteminin rəisi Əli Əkbər Vilayəti bəyan edib ki, Atom Elektrik Stansiyası Mərkəzinə çevrilmək üçün uranın zənginləşdirlməsini  5 faizə çatdırmaq gərəkir. Uranın duruluğunun 5 faizə çatdırılması 90 faiz Atom bombasının əldə olunmasına nail olmaq deməkdir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu