Feliks adını “Atletiko Madrid”in tarixinə yazmaq istəyir


“Atletiko Madrid” klubuna rəsmən təqdim olunmuş futbolçu Joau Feliks bildirib ki, “Atletiko Madrid” klubunun heyətində Kriştianu Ronaldu ilə müqayisə olunmayan yaddaqalan oyun nümayiş etdirməklə, adını onun tarixinə yazmaq istəyir.

O, təqdimat mərasimində deyib: “Kriştianu Ronaldu çox gözəl, bəlkə də ən yaxşı oyunçudur. O, Madriddən, burada keçirdiyi vaxtlardan həmişə az danışıb. Amma mən bura gəlmişəm ki, məni Joau Feliks kimi yadda saxlasınlar, mən özüm olmaq istəyirəm”.

Hücumçu deyib ki, İspaniya klubuna transfer qiymətinin yüksək olması barədə söhbətlər onu narahat etmir. Qeyd edək ki, “Atletiko” bu futbolçu üçün Portuqaliyanın “Benfiko” klubuna təqribən 126 milyon avro ödəyəcək.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu