Şəki Xan Sarayı artıq həm də dünyanın sərvətidir: "Azərbaycan xalqı dünya mədəniyyəti yaradan xalqdır"

“Şəkinin tarixi hissəsinin Şəki Xan Sarayı ilə birgə Ümumdünya İrs Siyahısına daxil edilməsi ictimai-mədəni həyatımızda mühüm hadisələrdən biridir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, tarixçi-alim Musa Qasımlı deyib.

Professor bildirib ki, Şəkinin tarixi hissəsinin UNESCO-nun siyahısına salınması Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin uğurudur: 

“UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiya iclasının Bakıda keçirilməsi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinə etimadın göstəricisidir. Bu, beynəlxalq dairələrdə dövlətimizin və millətimizin gələcəyinə olan inamı özündə əks etdirir. Hər şeydən əvvəl bu, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin və Azərbaycan mədəniyyət diplomatiyasının nəticəsi, uğurudur. Bu hadisə onu göstərir ki, həmin tarixi abidələr Azərbaycan xalqı tərəfindən yaradılsa da, artıq bütün dünyanın sərvətidir, Azərbaycan xalqı dünya mədəniyyəti yaradan xalqdır. Təbii ki, dünyada bütün xalqların mədəniyyəti var, ancaq dünya mədəniyyətini hər bir xalq yarada bilməz. Dünya mədəniyyəti yaradan xalqa ziyan dəyərsə, bütün dünya mədəniyyəti zərər görər”.

Qeyd edək ki, iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.
Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu