Tarixi hadisədir - Şəki ilə bağlı UNESCO-nun qərarı yüksək qiymətləndirilir

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi hadisədir”

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat qloballaşan dünyada Azərbaycanın öz tarixini və mədəniyyətini təbliğ etməsini tarixi uğur hesab edir:  “Şəki Xan Sarayı Azərbaycan tarixinin bir hissəsi olmaqla qədimliyi və möhtəşəmliyi ilə Azərbaycan mədəniyyətinin hansı zirvədə qərarlaşdığının göstəricisidir. Saray tariximizi əks etdirmək baxımından çox qiymətli sənət abidəsidir. O baxımdan qərar bizim hər birimizi sevindirir. Ölkəmizin tanınması üçün vacib olan bir addımdır”. 

Parlament üzvünün sözlərinə görə, Şəkinin Dünya İrs Siyahısına daxil edilməsi dünyada bu regiona olan marağı artıracaq: 

“Qərar Azərbaycana turist axınını sürətləndirəcək və milli adət-ənənələrin təbliğ olunması baxımından mühüm rol oynayacaq. Təbii ki, bütün bu uğurların təməlində hörmətli Mehriban xanım Əliyevanın böyük əməyi və düşünülmüş siyasəti dayanır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu