Bakı-Tbilisi qatarında heç bir yanğın baş verməyib - RƏSMİ

“Azərbaycan Dəmir Yolları” QSC iyulun 8-də Bakı-Tbilisi sərnişin qatarının yolda qalması barədə növbəti məlumat yayıb.
QSC-dən APA -ya daxil olan xəbərdə deyilir ki, bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.

Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib.
Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməmiş, xəsarət alan olamamış, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib.
Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb.
Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu