"Mədəni irsimizin beynəxlaq aləmdə tanınmasında Prezdentin və Birinci vitse-prezidentin böyük əməyi var"

“Prezident İlham Əliyevin və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xalqımızın mədəni irsinin tanınmasında və zənginləşməsində göstərdikləri xidmət əvəzsizdir”.
Bunu “Sherg.az”a açıqlamasında “Qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov deyib. 
Baş redaktor bildirib ki, bu vaxta qədər “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer almışdı: 
“Sözsüz ki, bu addımın reallaşmasında, xalqımızın mədəni irsinin beynəxlaq təşkliat tərəfindən tanınmasında Cənab Prezdentin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Əldə etdiyimiz bütün nailiyyətlərə və belə uğurlara görə onlara təşəkkür etmək lazımdır. Bu iki şəxsiyyətin xalqımızın mədəni irsinin tanınmasında və zənginləşməsində göstərdikləri xidmət əvəzsizdir. Allah hər ikisinə yardımçı olsun”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu