Babacanın istefası gözlənilirdi: "Sabiq nazirin yaradacağı partiya böyük uğur əldə edə bilməyəcək"

“Türkiyədə AKP-nin qurucularından hesab edilən Ali Babacanın istefası gözlənilməz hadisə deyildi”. Bunu “Sherg.az”a açıqlamasında gənc politoloq Rusif Məmmədsoy deyib
Qardaş ölkənin siyasi həyatında baş verənləri dəyərləndirən analitik bildirib ki, Ali Babacan, Abdulla Gül və Əhməd Davudoğlunun yeni partiya yaradacaqları iddiası çoxdan gündəmdədir. Ona görə də Babacanın hakim partiyadan getməsi təəccüblə qarşılanmamalıdır: 
“Babacanın istefası AKP-ə müəyyən mənada mənfi təsir göstərə bilər. Lakin, bu itki ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki Ərdoğan hökuməti hələ güclüdür. Yeni yaranacaq partiya böyük uğur əldə edə bilməyəcək. Əslində bunu partiya qurucuları da yaxşı anlayır. Əgər Türkiyənin siyasi arenasında AKP iqtidardan düşərsə, onun yerinə yeganə namizəd CHP olacaq. Burada Kamal Kılıçdaroğlunun uğursuzluqları deyil, Məhərrəm İncə və Əkrəm İmamoğlunun uğurları ön plana çıxacaq”. 
Ekspertin sözlərinə görə, siyasətdə partiyadan ayrılma manevrləri olmalıdır: 
“Babacanın partiyası ilə AKP arasında ideoloji zəmində hər hansı ziddiyyət olarsa, yenə də uğursuzluq qaçılmaz olacaq. Nəzərə alaq ki, Ərdoğan hökuməti 2023-cü ilə, yəni Cümhuriyyətin 100 illiyinə meqa layihələr hazırlayıb. Hakim partiyanın böyük planları var və ciddi təbliğat aparır. Bu mənada növbəti seçkilərə qədər rəqib siyasi düşərgələr arasında gərgin mübarizəyə şahidlik edəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu