“Zelenskinin Putinə bu təklifi onun bir layihə olduğunu göstərir”- AKTUAL


Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti Belarusun paytaxtı Minskdə müzakirə etməyi təklif edib. Zelenski danışıqlar üçün bir sıra şəxsləri də təklif edib: “ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makronun da görüşdə iştirakı yaxşı olardı”. Zelenski bildirib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifini dəyərləndirərək bəyan edib ki, beynəlxalq münasibətlərdə mümkünsüz heç nə yoxdur. 
Ukrayna prezidentinin təklifini “Sherg.az”a dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Zelenski Putinə görüş təklifi edir, amma görüşdə Amerika, Almaniya, İngiltərə və Fransa rəhbərlərinin də iştirak etməsi tələbini irəli sürür. 
Ekspertin fikrincə, təklifin bu formada edilməsi Zelenskinin bir layihə olduğunu göstərir: 
“Layihənin müəllifləri Ukraynada növbəti eksperimentlər keçirməyi planlaşdırır. Ancaq Rusiya bu təklifi dəyərləndirə bilər. Putinin Zelenski ilə bir araya gəlməsində problem yoxdur. Onsuz da indiyə kimi Rusiya digər vasitəçi dövlətlərlə Ukrayna rəhbəri ilə masa arxasına əyləşib. Əsəs məsələ bu görüşün hansısa nəticə verib-verməyəcəyi ilə bağlıdır. Rusiya dəstəklədiyi qüvvələrini Donbasdan çəkməlidir. Lakin mən bunun baş verəcəyini düşünmürəm”. 
Analitikin sözlərinə görə, son dönəmlər ölkə daxilində keçirilən sorğularda Putinin nüfuzu aşağı düşməkdədir: 
“Putin nüfuzun bərpa etmək ehtiyyatlı davranmalıdır. Zelenskinin məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaq ola bilər. Əslində bunu Poroşenko da istəyirdi. Ancaq bunun üçün ilkin şərt Rusiyanın dəstəklədiyi separatçıları Donbasdan geri çəkməsidir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu