Ermənilərdən növbəti təxribat: bu dəfə qədim xalçalarımıza göz dikdilər... - Foto


Ermənistan növbəti dəfə təxribat xarakterli addım atıb. İşğalçı ölkə  bu dəfə Azərbaycana məxsus qədim xalçaları öz adlarına çıxıb.

« Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, bu barədə erməni aktyor, rəssam və bloqer Sukya Torosyan bildirib. O Azərbaycanın mədəni, tarixi sərvəti hesab olunan xalçaların fotosunu paylaşaraq qeyd edib ki, bəziləri bu xalçaları Azərbaycanın sərvəti kimi kimi təqdim edir :«Amma bu xalçalar Ermənistanın sərvətidir. Erməni sərvətininin ayrılmaz tərkib hissəsidir. Amma bunu Azərbaycan tərəfi öz adına çıxaraq mədəni sərvətlərinin ayrılmaz tərkib hissəsi hesab edirlər ». 

Bundan başqa S.Torosyan yazır ki, Azərbaycan tərəfi bu xalçaları  Qarabağ, Borçalı və Naxçıvan xalçaları adı altında təqdim olunur: 

« Ermənistanda yaşanan odlu-alovlu çağlarda azərbaycanlılar yüzlərlə belə xalça alıb, evlərində şəxsi əşyaları kimi istifadə ediblər. Ona görə də bu xalçaların Azərbaycana məxsus olduğunu iddia edirlər. Ermənilərə məsləhət görürəm ki, daha bu xalçaları satmasınlar ». 

Qeyd edək ki, bu xalçalar doğrudan da Azərbaycana məxsusdur və ölkəmizin qədim tarixi və mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Daim Azərbaycan qarşı işğalçılıq və qəsbkarlıq siyasəti yürüdən məkirli qonşumuz Azərbaycan məxsus əksər incəsənət nümunəsini öz adlarına çıxmağa cəhd göstərirlər. Lakin sonda həmişə olduğu kimi, « murazları» gözlərində qalır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları