İqtisadçıdan SƏRT İTTİHAM :“Əksər banklarımızı necə olur-olsun gəlir əldə etmək maraqlandırır”



Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər. Məlumat üçün bildirək ki, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturularının mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib. Bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olanmərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. 
Yerli bankların avro “dələduzluğunu” “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər: 

“Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir. Məsələn, 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir. Bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirilməsi bir daha göstərir ki, əksər banklarımızı necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkə daxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib”. 
İqtisadçının sözlərinə görə, bankların heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanıb: 
“Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində belə xərclər müəyyən edilərkən həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.




Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu