“Aİ Avropa və Mərkəzi Asiya ilə əməkdaşlığı Azərbaycan üzərindən planlayır” – ŞƏRH 


“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr hər keçən gün inkişaf etməkdədir”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, məhz Azərbaycanın əsas ticari tərəfdaşı Avropa İttifaqıdır və bu ölkəmizin xarici ticarət payının 40 faizini təşkil edir: 

“Göründüyü kimi Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq milli maraqlarımıza cavab verir. Avropa İttifaqının prezidenti Donald Tuskun Azərbaycana səfərində ikitərfli əlqələrin inkişafı, enerji sahəsində ölkəmizin İttifaqın enerji diversifikasiyasına verdiyi dəstək və çərçivə sazişinin tezliklə bağlanması müzakirə edilib.

Avropa İtifaqı Cənubi Qafqaza mühüm diqqət ayırır və burada Azərbaycana tərəfdaşlıq baxımından daha çox strateji diqqət yetririr. “Cənubi Qaz Dəhlizi” və onun əsas seqmentləri olan TANAP və TAP qaz boru kəməri “Şahdəniz-2” qaz kondensat yatağından Avropaya qaz ixrac edəcək. Bu ixracat 2020-ci ildən etibarən başlayacaq. Avropa həmçinin Mərkəzi Asiya ilə əməkdaşlığı Azərbaycan üzərindən planlayır”. 

Analitikin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığını daim inkişaf etdirməli, gözlənilən çərçivə sazişini bağlamalıdır

“Çox güman ki, əməkdaşlığın yeni bazası yaradılacaq. Gələn il saziş bağlana bilər. Bu gün Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verməsi önəmlidir. Deməli, sabah Azərbaycan ordusu öz ərzilərinin bərpası üçün hərbi əməliyyatlara başlayarsa, Aİ bizi dəstəkləyəcək. Avropa İttifaqının Ermənistanla iqtisadi əməkdaşlığı demək olar ki, səmərəli deyil. Düşmən ölkənin inqilaba rəğmən Rusiyanın buxovundan çıxa bilməməsi, Nikol Paşinyanın apardığı siyasətin səmərə verməməsi Avropa İttifaqının Azərbaycan və Gürcüstana daha çox diqqət ayrımasına səbəb olub”. 

Siyasi ekspertin fikrincə, Brüssel başa düşdü ki, Ermənistanda baş verən inqilablar heç nəyi dəyişmir

“Regionda əsas siyasi-iqtisadi və enerji tərəfdaşı Azərbaycan olacaq. ABŞ və Rusiyanın regionda artan rəqabəti fonunda Avropa İttifaqının regiona nüfuz etməsi ölkəmizin manevr imkanını artıracaq. Azərbaycan üç mərkəzin dəstəyini almış olacaq. Lakin seçim anında Azərbaycan üçün ən məqbul və cəlbedici variant Avropa İttifaqı olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu