“Tusk Azərbaycana qərəzli olan dairələrin cəhdlərini darmadağın etdi” 

“Donald Tuskun Azərbaycanla bağlı açıqlamaları ölkəmizlə Avropa İttifaqı arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir”

Bunu “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.  
Birlik rəhbəri bildirib ki, Tuskun sözləri rəsmi Aİ-nin Bakıya verdiyi yüksək dəyər və önəmin göstəricisidir: 


“Avropa İttifaqı Şurasının prezidenti xüsusi olaraq bəyan etdi ki, Aİ Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Şübhəsiz ki, bu diqqət ilk növbədə Azərbaycanın hərtərəfli və sürətli inkişafı ilə bağlıdır. Eyni zamanda Azərbaycanın Avropa institutları ilə uzun zamandan bəri apardığı səmərəli və konkret məqsədlərə hesablanan fəaliyyətinin nəticəsidir. Fikrimcə, Aİ kimi mötəbər bir qurumun rəhbərinin pozitiv bəyanatları tərəflər arasındakı münasibətlərin mühüm mərhələsinin başlanğıcıdır”. 
Ekspertin sozlərinə görə, Tuskun ölkəmizlə bağlı bəyanatları zaman-zaman Avropanın bəzi siyasi mərkəzlərinin Azərbaycanı təhdid etməsinə ən yaxşı cavabdır
“Bu mənzərə qərəzli dairələrin Azərbaycan ətrafında mənfi imic yaratmaq cəhdini darmadağın etdi. Azərbaycan tərəfi hər zaman bütün dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri dəstəkləyir. Bu əlaqələrin dərinləşməsi üçün addımlar atır. Tuskun açıqlamaları da göstərir ki, Avropa ölkələri, eyni zamanda qitənin nüfuzlu qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar”.  



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu