“Bakıda görüşün yüksək səviyyədə keçiriləcəyindən hər iki tərəf əmindir” - 


“NATO və Rusiya generallarının görüş məkanı kimi Azərbaycanı seçməsi heç də təsadüfi deyil”
Bunu “Sherg.az”a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Analitik bildirib ki, Azərbaycan istər NATO ölkələri ilə münasibətdə, istərsə də Qərblə gərginlik yaşayan Rusiya ilə əlaqələrdə balansı qoruyub saxlamağı bacarıb: 
“Eyni zamanda İrana münasibətdə də rəsmi Bakı balansı qoruyub saxlayır. Bu üç tərəf arasında Azərbaycan heç bir dövlətə tam olaraq meyillənmir, həmçinin, kiməsə qarşı çıxmır. 
Hər tərəf ilə çox yaxşı münasibətlər saxlayır
Ona görə də Qərb, xüsusən də NATO-nun hərbi rəsmilərinin Rusiya nümayəndələri ilə görüş yeri kimi Bakını seçməsi başadüşüləndir. Onlar Azərbaycanı neytral bölgə kimi qəbul edirlər. 
Əmindirlər ki, Azərbaycanda güvənli şəkildə qarşılıqlı görüş keçirib bütün məsələləri müzakirə edə bilərlər”. 
Ekspertin sözlərinə görə, Bakıda görüşün yüksək səviyyədə keçiriləcəyindən hər iki tərəf əmindir
“Dövlətimiz mühüm görüşlər üçün istənilən şəraiti yaratmağa qadirdir. Eyni zamanda Azərbaycanın özü istər Qərb, istərsə də Rusiya arasında münasibətlərin normallaşmasında maraqlıdır. 
Bu baxımdan Rusiya və NATO rəsmilərinin görüş yeri kimi növbəti dəfə Azərbaycanı seçməsi ən doğru seçimdir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu