“Bir ömür səninlə" demişdi: Arvadını qanına qəltan elədi



Adanada dəhşətli qanlı olay yaşanıb. Hadisə bir binanın 11-çi mərtəbəsində baş verib. İddiaya görə 4 ay əvvəl Adanada ehtiyatda olan zabit kimi vəzifəyə başlayan və 3 ay əvvəl Büşra Güclü (21) ilə evlənən Ərtoğrul Güclü (22) dünən işdən çıxdıqdan sonra həyat yoldaşı qayınatasıgildə olduğu üçün oraya gedib. 



O, bir az sonra yorğun olduğunu, evə getmək istədiyini söyləyib. Ancaq həyat yoldaşı bununla razılaşmayıb. Ərtoğrul Güclü təkrar yorğun olduğunu, getmək istədiyini söyləyən zaman ər-arvad arasında mübahisə yaranır. Davaya hətta qayınata, qayınana da qatılır və kürəkənə təzyiq edirlər. Vəziyyətdən əsəbiləşən Ə.Güclü silahını çıxardıb əvvəl qayınatasını, daha sonra həyat yoldaşını, ən son da isə qayınanasına atəş açıb. Səsi eşidən qonşular, dərhal polisə və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn qruplar Büşra Güclü və atasının həyatını itirdiyini, anasının isə 5 güllə yarası aldığını görüblər. Qayınana dərhal xəstəxanaya aparılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Şübhəli ehtiyatda olan zabit Ərtoğrul Güclü isə polis tərəfindən nəzarətə alınıb. Polis idarəsinə gətirilən şübhəli sorğuya alınıb. Cəsədlər isə yarılmaq üçün ədli tibb təşkilatı meyitxanasına aparılıb.Bu arada qatilin bir az əvvəl ictimai mediada həyat yoldaşı ilə şəkillərini paylaşıb "Bir ömür səninlə, baxmağa doya bilmirsəm, ömürümün sonuna qədər sən" status yazdığı məlum olub. Eyni zamanda zabitin həyat yoldaşıyla toy günündən bəhs edən bir klipi də ictimai mediada yayılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu