“Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilədək gördüyü işlər bünövrə rolunu oynadı”

“İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, 1960-cı illərin sonunda Azərbaycanda bütün sahələrdə geriləmə var idi: 
“O dövrdə Azərbaycanın inkişafından, xalqın sosial problemlərinin həllindən danışmağa dəyməzdi. Mədəniyyətimizin, tariximizin qorunması üçün heç bir iş görülmürdü. Ancaq ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün istiqamətlərdə bütün istiqamətlərdə sürətli irəliləyiş baş verdi. Ulu Öndər xalqın içərisindən çıxdığına və təhlükəsizlik orqanlarında işlədiyinə görə, çox böyük işlər görməyə nail oldu. Düşünülmüş siyasət nəticəsində mənəvi atmosferdə təmizlik yarandı. Xalqın inamı özünə qaytarıldı və iqtisadiyyatın inkişafı üçün ciddi addımlar atıldı. Ciddi sosial problemlər həyata keçirildi, 250 yeni müəssisə tikildi, 6 yeni universitet açıldı. O cümlədən Azərbaycan mədəniyyətinin nümayəndələri Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və digərlərinin SSRİ və dünya miqyasında tanınması işində ciddi işlər görüldü”. 
Parlament üzvünün sözlərinə görə, Ulu Öndərin zamanında Azərbaycana azərbaycançılıq ideologiyası gətirildi: 
“Bunun nəticəsidir ki, sonradan ümummilli liderin adı Azərbacanın inkişafı və gələcəyi ilə bağlı bütün məsələlərdə müsbət mənada hallanmağa başladı. Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilədək gördüyü işlər sonradan Azərbaycan müstəqillik qazanarkən bir bünövrə rolunu oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı və dövlətimizin müstəqilliyini reallaşdırdı. Heydər Əliyevi Azərbaycan cəmiyyəti yetişdirmişdi, xalq problemlərinin həlli üçün Ulu Öndəri bir şəxsiyyət, fərd olaraq formalaşdırmışdı. O, öz xalqına bağlı insan idi və xalq öz liderinə inanırdı. Xalqın öz arzularına çatması üçün bütün gücünü səfərbər edən Heydər Əliyev Azərbaycanı yenidən qurmağa nail oldu”

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu