İki "Mercedes" toqquşdu: bir ölü, iki yaralı


Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qarabucaq kəndində qeydə alınıb.“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər.Qəzanın təfərrüatları aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu