Azərbaycanla Aİ münasibətləri - Əməkdaşlığın inkişafı hər iki tərəfin marağındadır

“Donald Tuskun Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü və verilən bəyanatlar uğurlu və səmərəli oldu. Bundan əvvəl ölkə başçımız Brüsselə səfər etmişdi, bir sıra səmərəli görüşlər keçirmişdi. Münasibətlərin inkişafını həm Azərbaycan, həm də Avropa İttifaqı istəyir”

Bu sözləri Sherg.az-a politoloq Fikrət Sadıqov Avropa İttifaqının prezidenti Donald Tuskun Bakıya səfərini və Aİ ilə Azərbaycan münasibətlərini dəyərləndirərkən deyib. Analitik hesab edir ki, əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha da yaxınlaşması müsbət amildir: 
“Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verir. Azərbaycanla Aİ arasında saziş imzalanması məsələsi var ki, bu sənəd hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün Aİ Azərbaycanla yaxın olmaqda maraqlıdır. Çünki onlar Azərbaycan tərəfindən həyata keçirilən layihələrin Avropaya yönəldiyini çox yaxşı başa düşürlər. Həmçinin Azərbaycan Aİ-ə üzv ölkələrlə sıx əlaqələrə malikdir.  Bu ölkələrlə strateji tərəfdaşlığımız var. Avropanın iri şirkətləri ilə transmilli layihələr həyata keçirilir. Bundan başqa Azərbaycanın Cənubi Qafqazda, eləcə də dünya siyasətində rolu və yeri də Aİ-nin diqqətini cəlb edən məqamlardandır. Ona görə də hesab edirəm ki, bundan sonra da Azərbaycan-Aİ əməkdaşlığı yüksələn xəttlə gedəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu