“...Proseslər Paşinyanın əleyhinə işləyir” – Xaotik vəziyyət 

“Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır”

Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir: 
“Demək olar ki, özlərini demokrat adlandıran elektorat ölkədə bir hakimiyyətlilik formalaşdırır. Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız öz sisteminin möhkəmlənməsinə çalışır. Onun “Qarabağ klanı” ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir.

Baş nazir işğal olunmuş ərazilərdəki qondarma rejimdə keçiriləcək “prezident seçkilərində” öz namizədinin qalib gəlməsinə çalışır. Çalışır ki, gələn ilə kimi Koçaryanı həbsdə saxlamaqla “Qarabağ klanı”nın Xankəndindəki nümayəndəsini zərərləşdirsin. Artıq Sarkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verilib. Paşinyan separatçı Bako Saakyan və Vitali Balansanyanın ñövbəti planının qarşısına Babayanı çıxarır”.
Analitikin sözlərinə görə, əgər Paşinyan Xankəndində öz adamını “rəhbər” təyin etməyi bacararsa, Koçaryanı həbsdən azad edəcək:
“Bununla da “Qarabağ klanı”nı tam zəiflədəcək. Rusiyanın proseslərə müdaxiləsinə gəldikdə isə Kreml payızda Ermənistana satdığı enerji daşıyıcılarının qiymətini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehranla istehlak üçün qaz anlaşmasına gedir. Ermənistandakı mövcud vəziyyət göstərir ki, Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasında müsbət təşəbbüsü olmayacaq. Lakin Qarabağdakı qondarma rejimin “rəhbəri” dəyişərsə, danışıqlarda müəyyən proseslər canlana bilər. İndiki dönəmdə Paşinyan danışıqlarda maraqlı deyil və növbəti işğal olunmuş ərazilərdə seçki şousuna hazırlaşır. Yaxın günlərdə “Qarabağ klanı” ilə ölum-olum mübarizəsi başlaya bilər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu