Çində altı məktəbli çayda batıb


Çinin Lyaonin əyalətində altı məktəbli çayda batıb.

APA-nın məlumatına görə, Sifo yaşayış məntəqəsinin məktəbinin 7 şagirdi iyulun 11-də Lyaoxe çayında çimərkən onlardan altısı boğulub.

Boğulan məktəblilərin hamısının meyiti sudan çıxarılıb.

Qeyd edək ki, Lyaoxe Cənubi Mancuriya ərazisindən axan böyük çaydır, uzunluğu 1345 km-dir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu