S-400-lərin ilk hissəsinin Türkiyəyə təhvil verilməsinə başlanılıb



Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb.

APA-nın xəbərinə görə, bununla bağlı, Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.


Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu