SORĞU: türklər Ermənistanı Türkiyə üçün təhlükə hesab edir  

Türkiyə vətəndaşlarının 61 faizi Ermənistanı Türkiyə üçün təhlükə hesab edir.

«Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kadir Has Universiteti 1000 nəfər Türkiyə vətəndaşı arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 61,2 fizi Ermənistanı, 81 faizi Amerika, 70, 8 faizi İsraili, 65 faizi  Fransanı, 62, 8 faiz isə İngiltərəni Türkiyə üçün təhlükə hesab edir. 
“Türkiyənin dostu olan ölkələr hansılardır ?” sualının cavabında isə Azərbaycan 65, 3 faiz səslə dost olaraq başda gəlib. Bundan başqa sorğu iştirakçılarının 61 faizi Türkmənistanı, 59, 8 faizi Şimali Kipri, 36, 1 faizi isə Özbəkistan, Qırğızıstan, Qazaxıst və Gürtcüstanı Türkiyənin dostu kimi dəyərləndiriblər. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu