Fazil Məmmədov Almaniyada əməliyyat olundu



Keçmiş vergilər naziri Fazil Məmmədov  səhhətində yaranan problemlə əlaqədar Almaniyaya aparılıb.


Almaniyadakı mənbənin Modern.az-a verdiyi məlumata görə, F.Məmmədov bir həftə əvvəl Almaniyanın “Heidelberg” xəstəxanasına yerləşdirilib.


Mənbə eks-nazirin mədəsində əməliyyat aparıldığını, hazırda vəziyyətinin stabil olduğunu qeyd edib.


Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu