Dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq - ƏMR


Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən, 2019-2020-ci dərs ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Əmrə müvafiq olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu