Ermənistan dərin demoqrafik böhran içindədir – BMT-nin İrəvan ofisi açıqladı 


Hazırda Ermənsitanda 2 milyon 962 min 100 nəfər yaşayır.
 « Sherg.az» xəbər verir ki, bu barədə rəhbəri erməni olan fransızdilli « armenews.com” saytı məlumat yayıb. Yazıda qeyd olunur ki, bu ölkədəki demoqrafik problem üzündən bu ölkədəki əhalinin sayı 2050-ci ildə 150 min azalaraq 2 milyon 816 minə düşə bilər. Bu statistikanı BMT-nin İrəvan bürosundan Anna Hovanisyan açıqlayıb. 
O qeyd edib ki, ölkəni tərk edən erməniləri çıxsaq, Ermənistanda yaşayan hər bir erməni ailəsi cəmi bir övladının istəyir.
Qadınların uşaq dünyaya gətirmə yaşı isə ortalama 25 yaşdır və bir neçə onillikdən sonra bu 30 yaşa qalxacaq ki, bu da demoqrafik problemi daha sürətləndirəcək, erməni xalqı qocalanacaq.
Ermənistan xalqı cavanlaşamayacaq. Qocaların sayı cavanların sayını ötəcək. Məxsusi olaraq Ermənistanda ailələrin oğlanlara üstünlük verməsi də demoqrafik problemi artıracaq. Ölkəni tərk edənləri də bura əlavə etsək, demək olar ki, bir neçə ildən sonra Ermənistanda əhalinin sayı kəskin azalacaq.  
Paylaş
Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu