“Zelenskini beynəlxalq siyasi və iqtisadi güclərin layihəsi hesab edirəm”

“Zelenskinin siyasətçi kimi şəxsiyyətini və onu həmin posta gətirən beynəlxalq qüvvələri bir-birindən ayırmağı bacarmaq lazımdır”

Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, o, Zelenskinin siyasətçi kimi şəxsi keyfiyyətlərinə o qədər də inanmır: 

“Adamın bu və ya digər formada bu günə qədər siyasətlə heç bir əlaqəsi olmayıb. Düşünmürəm ki, hansısa televiziya serialında “prezident” rolu oynamaqla həqiqi prezident olmaq eyni olsun. Mən Zelenskini beynəlxalq siyasi və iqtisadi güclərin bir layihəsi hesab edirəm. Əks təqdirdə bir artistin bu qədər qısa müddətdə gəlib prezident seçilməsi mümkün deyildi”. 

T.Abbaslı bəyan edib ki, Zelenskin və onun komandasının Ukraynada nələrəsə nail olub-olmayacağı onu o posta gətirənlərdən asılı olacaq

“Ondan xüsusi gözləntim yoxdur. Ukrayna kimi qəliz siyasi vəziyyətdə olan bir dövlətdə Zelenski kimi təcrübəsiz birinin təkbaşına nəsə edə biləcəyi inandırıcı deyil. Bu məsələdə Zelenski ilə Saakaşvilini eyniləşdirmək olmaz. Çünki, Saakaşvili prezident postuna gələnə qədər müxtəlif dövlət postlarında təmsil olunmuşdu. Hətta Ədliyyə Naziri postunu da icra etmişdi. Odur ki, onun hansısa sahədəki uğurlarını Zelenskinin də təkrarlayacağını düşünmək düz deyil. İstənilən halda zaman hər şeyi özü göstərəcək. Hələlik ona və komandasına bir az da zaman tanımaq lazımdır”.



Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu