İstirahət günləri hava necə olacaq? - PROQNOZ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
“Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək”, - Nazirliyin məlumatında bildirilib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu