Türkiyəyə uçan təyyarə təcili eniş etdi: bir nəfər öldü


Türkiyənin Peqasus Hava Yolları aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin infarkt keçirməsi səbəbindən təcili Otopen (Buxarest) aeroportuna eniş edib.
Axar.az xəbər verir ki, Vyana-Ankara marşrutu üzrə hərəkət edən təyyarədə yanında əyləşən şəxslə söhbətləşən kişinin anidən halı pisləşib.
Göstərilən tibbi yardımlara baxmayaraq, təyyarə eniş etdikdən sonra kişi həyatını itirib.
Baş verən hadisədən dolayı bütün sərnişinlər gecəni Buxarest aeroportunda keçirəcəklər.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu