Ermənistanın Dostluq Xartiyası ilə bağlı yalvarış dolu petisiyası: Fransa məhkəmələri bizə atəş açır 


Arzu edərdik ki, siz bu Dostluq Xartiyasını yenidən bərpa edəsiniz


Fransanın bəzi şəhərləri ilə qondarma Dağlıq Qarabağ respublikası şəhərləri arasında imzalanan Dostluq Xartiyalarının ləğvi Ermənistanı əməlli –başlı narahat edib. « Sherg.az» rəhbəri erməni olan fansızdilli « armenews.com » saytına istinadən xəbər verir ki, artıq  Ermənistan bir neçə həftədir, petisiya hazırlayıb və onu imzalama prosesi başladıb. Artq 400 nəfər bu petisiyaya imza atıb. Və hazıra petisiyanın imzalanması prosesi davam edir. Onlar Fransa ilə Ermənistan arasındakı dostluq münasibətlərinin dayandırılmasını istəmədiklərini aciz şəkildə dilə gətiriblər. 
 Petisiyanın mətnini təqdim edirik: 
Fransa inzibati məhkəməsi bu ölkənin bir neçə şəhəri - Valans, Bur -le- Valance, Bur de Pij, Arnuvil və Drom  departamenti ilə « Dağlıq Qarabağ respublikası» arasındakı dostluq xartiyasını ləğv etdi.  Amma erməni xalqı frasızlarla eyni dini - xristianlığı bölüşür. Ermənistan və ermənilər Avropanın dəyərlərini üstün tutur. Yəni, biz eyniyik. Fransız və erməni xalqlarının dostluğu çoxəsirlik tarixə söykənir. 
Hətta XVII Frankofoniya bayramı İrəvanda baş tutdu. Fransa bunu böyük rəğbətlə qarşıladı.  Bu Fransa-Ermənistan dostluğunu əks etdirirdi. Bu gün Fransada 700 min erməni yaşayır. Biz arzu edərdik ki, siz bu dostluq xartiyasını yenidən bərpa edəsiniz. Azərbaycan ondan silah alacaq deyə Fransa bir necə şəhərimizlə dosluğunu dayandırdı. Biz bu dosluğun daimi olacağını, bizə nəyinsə mane ola bilməyəcəyini düşünürdük. Amma bu gün Fransa inzibati məhkəməsi bizə əməlli-başlı atəş açır.
Biz əlaqələrin inkişafını istəyirdik, amma bunun əksi yaşandı. Bu gün Fransanın Azərbaycana satdğı silahlar « Dağlıq Qarabağ respublikası »nda yaşayan minlərlə erməninin həyatını təhükə altına almaq deməkdir. Hesab edirik ki, Fransa məhkəmələrinin məlum qərarı bizim üçün böyük təhlükə vəd edir. Biz Fransanın Azərbaycana silah satması qəbul edə bilmirik. 
Fransanın bizim bir neçə dostluq xartiyasını ləğv etməsinə « yox » deyirik
Qeyd edək ki, bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu